Anadolu Medical Center-in otorinolarinqologiya (qulaq, burun və boğaz – QBB) şöbəsi qulaq, burun və boğazla bağlı baş və boyun problemlərinin multidissiplinar tibbi və cərrahi müalicəsini təklif edir. Təcrübəli heyətimiz pasiyentlərə təcili, poliklinik və ya ambulator şəraitdə diaqnoz qoyur və müalicə aparır.
Qulaq, burun və boğaz şöbəmizdə müalicə olunan xəstəliklər:
- Eşitmə itkisi (koxlear implant cərrahiyyəsi daxil olmaqla)
- Tarazlıq problemləri və başgicəllənmə
- Qulaqda küy (tinnitus)
- Xronik sinusit
- Burun tıxanıqlığı və burnun xarici görünüşü
- Burun polipozu (poliplər)
- Göz yaşı kanalının tıxanması
- Səs problemləri
- Udma problemləri
- Baş və boyun nahiyəsində xoşxassəli və bədxassəli şişlər
Uşaq otorinolarinqologiyası (uşaq QBB) şöbəsində müalicə olunan problemlər:
- Orta qulaq iltihabları
- Badamcıq və adenoid problemləri,
- Allergiya və sinus problemləri,
- Tənəffüs yolları problemləri
QBB ONKOLOGİYASI
- QBB şöbəmizdə baş və boyun nahiyəsinin xoşxassəli və bədxassəli şişlərini cərrahi yolla müalicə edirik.
- QBB şöbəmizdə ən çox aparılan prosedurlardan biri qırtlaq karsinomasının cərrahi müalicəsidir. Bu prosedurlara qırtlağın erkən mərhələ qlottik karsinomasında orqanqoruyucu mikrolarinqeal – endoskopik cərrahiyyə və digər üsullar daxildir.
- QBB şöbəmizdə çoxsaylı kəllə şişi növlərinin müalicəsi üçün digər şöbələrlə sıx əməkdaşlıq edirik. Submandibulyar şişlər, xüsusilə parotis şişləri sinir monitorinqi altında çıxarıla bilər.
- Təcrübəli cərrahi komandamız və qabaqcıl texnologiyalı endoskopik avadanlığımız sayəsində paranazal sinus şişlərini funksiya itkisini minimuma endirməklə müalicə edirik. Cərrahi komandamız yalnız şişin çıxarılması cərrahiyyəsində deyil, həm də mürəkkəb rekonstruktiv müdaxilələrdə (toxumaların bərpasında) təcrübəyə malikdir.
Ziya Saltürk
M.D. Dosent
QBB üzrə mütəxəssis
Ziya Saltürk
M.D. Dosent
QBB üzrə mütəxəssis
Təhsil və təcrübə:
• Marmara Universiteti Tibb Fakültəsi, İstanbul/Türkiyə
• Okmeydanı Tədqiqat Xəstəxanası, QBB üzrə klinik ixtisas
• 2006-2011 – Okmeydanı Tədqiqat Xəstəxanası, QBB Şöbəsi.
• 2011-2013 – Amasya Suluova Dövlət Xəstəxanası
• 2013-2019 – Okmeydanı Tədqiqat Xəstəxanasının baş assistenti – müəllim.
• 2019 – Anadolu Medical Center
İxtisas sahələri:
• QBB onkologiyası (baş və boyunun xoşxassəli və bədxassəli şişləri)
• Ağız boşluğu xərçəngi
• Qırtlaq xərçəngi
• Qalxanabənzər vəzi xərçəngi
• Zobun müalicəsi
• Udma pozğunluqları
• Səsin funksional pozğunluqları
• Səs telinin üzvi pozğunluqları
• Səs terapiyası
Elmi nəşrlər:
• 40-dan çox milli və beynəlxalq məqalə
Peşəkar üzvlüklər:
• QBB Baş və Boyun Cərrahiyyəsi Assosiasiyası
• Səs, Nitq və Udma Pozğunluqları Assosiasiyası