Anadolu Medical Center-in Uşaq Cərrahiyyəsi şöbəsi cərrahi müdaxilə tələb edən vəziyyətləri olan 0-18 yaş arası uşaqlara diaqnostik, əməliyyatönü, cərrahi və əməliyyatdan sonrakı xidmətlər göstərir.
Uşaqların ağrıya daha həssas olduğu nəzərə alınaraq, bir çox cərrahi prosedurda minimal invaziv üsullardan istifadə olunur. Uşaq cərrahları müasir nailiyyətlər işığında düzgün tibbi müalicənin aparılmasını hədəfləyirlər. Bununla yanaşı, onlar uşaqların psixoloji rahatlığını, ağrısız və komfortlu cərrahiyyəni təmin edən tədbirlər görürlər. Ən təhlükəsiz anestetiklərin və texnologiyanın mövcudluğu o deməkdir ki, zərurət yarandıqda uşaqlara və körpələrə ümumi anesteziya verilə bilər (bütün əməliyyatlar – kiçik və böyük – və CT, MRI müayinələri kimi diaqnostik prosedurlar üçün).
Anadolu Medical Center-in Uşaq Cərrahiyyəsi şöbəsində aparılan prosedurlara aşağıdakılar daxildir:
- Laparoskopik, torakoskopik, endoskopik və sistoskopik prosedurlar
- Uşaqlarda appendektomiya və laparoskopik cərrahiyyə
- Yırtıqların, hidroselenin, toxumluq ciyəsi kistalarının korreksiyası
- Xayaların düzəldilməsi (enməmiş xaya)
- Xaya və xaya kisəsi ilə bağlı təcili hallar
- Göbək yırtığı
- Göbək qranuloması
- Əyri boyun (tortikollis)
- Kiçik cinsiyyət dodaqlarının yapışması
- Anusdan qan gəlməsi ilə müşayiət olunan hallar
- Uşaqlarda qəbizlik və enkoprez (nəcis saxlamamazlığı)
- Körpələrdə onikibarmaq bağırsağın keçməməzliyi (infantil pilorik stenoz)
- Şiş cərrahiyyəsi (qarın və döş qəfəsi boşluqlarında)
- Tənəffüs yollarından və həzm traktından yad cismin çıxarılması
- Uşaq urologiyası ilə bağlı xəstəliklər (hipospadiya, vezikoureteral reflüks)
- Hirşprunq xəstəliyinin bir mərhələli müalicəsi
- Yenidoğulmuşlarda anadangəlmə xəstəliklər (diafraqma yırtığı, qida borusunun atreziyası, anal və bağırsaq atreziyası)
- Uşaq cərrahiyyəsi tələb edən digər xəstəliklər.
A. Nadir Tosyalı
M.D.
Cərrahiyyə – Uşaq cərrahiyyəsi
A. Nadir Tosyalı
M.D.
Cərrahiyyə – Uşaq cərrahiyyəsi
Təhsil və təcrübə
• Dicle Universiteti Tibb Fakültəsi
• Göztepe Tədris və Araşdırma Xəstəxanası
• İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsi
• Yeditepe Universiteti Tibb Fakültəsi
• Pendik Bölgə Xəstəxanası
İxtisas sahələri və tibbi maraqlar
• Yenidoğulmuş cərrahiyyəsi
• Uşaq urologiyası
• Onkoloji cərrahiyyə
• Uşaq travması və yanıqlar
• Uşaqlarda döş qəfəsi cərrahiyyəsi
Araşdırmalar və nəşrlər
• 8 beynəlxalq nəşr
• 17 milli nəşr
• 4 poster
