Anadolu Medical Center-in IVF Mərkəzi regionun aparıcı IVF mərkəzlərindən biridir. Sonsuzluğun müalicəsində əsas sonsuzluq xidmətlərindən (kişi və qadın) tutmuş bu gün mövcud olan ən qabaqcıl IVF texnologiyalarına qədər effektiv həllər təqdim edir.
Embrioloqlarımız və peşəkar heyətimiz pasiyentlərin sağlam övlad arzusuna çatmasına kömək etməyə həsr olunub!
- Amerika klinikalarının orta göstəricisindən yüksək uğur nisbəti.
- Amerika bordu tərəfindən təsdiqlənmiş həkimlər
- Qabaqcıl embriologiya laboratoriyası
- Ən mürəkkəb hallarda belə uğur qazanmaq üçün davamlı səy
- Ən müasir avadanlıqla təchiz olunmuş embriologiya laboratoriyası
- İntrasitoplazmatik sperma injeksiyası (ICSI) ilə mayalanma
- Köməkçi hetçinq (assisted hatching)
- İmplantasiyadan əvvəl genetik diaqnostika (PGD)
- Sperma seçimi üsulu (FERTILE Plus); DNT zədəsi olmayan spermatozoidin seçilməsi
- 6000x böyütmə altında həyata keçirilən, morfoloji cəhətdən seçilmiş intrasitoplazmatik sperma injeksiyası (IMSI)
- 50% blastosist transferi nisbəti
- Embrionun krioprezervasiyası (dondurulması)
IVF Mərkəzinin prosedurları:
- IUI (intrauterin inseminasiya)
- ICSI (intrasitoplazmatik sperma injeksiyası)
- TESA (xayadan sperma aspirasiyası)
- Micro TESE (xayadan mikrocərrahi yolla sperma çıxarılması)
- PGD (implantasiyadan əvvəl genetik diaqnostika)
- IVM (in vitro yetişdirmə)
- FET (dondurulmuş embrionun transferi)
İmplantasiyadan əvvəl genetik diaqnostika (PGD) nədir?
PGD embrionların ana bətninə köçürülməzdən əvvəl genetik vəziyyətinin yoxlanılması üsuludur. Bir sıra səbəblərdən aparıla bilər: ailədə genetik xəstəliklərin olması, ananın yaşı, sonsuzluqda əsas kişi amilinin olması, təkrarlanan IVF uğursuzluqları və ya təkrarlanan hamiləlik itkiləri. Həmçinin əsasən bütün xromosom sapmaları və aşağıdakı monogen pozğunluqlar üçün tətbiq olunur;
- Aralıq dənizi anemiyası (ß-talassemiya)
- Oraqvari hüceyrə anemiyası
- Onurğa əzələ atrofiyası (SMA)
- Kistik fibroz
- Niemann-Pick xəstəliyi
- Rh uyğunsuzluğu
- Fanconi anemiyası
- İxtioz
- Krabbe xəstəliyi
- Leigh sindromu
- Wiskott-Aldrich sindromu
- HLA tipləndirilməsi
Tayfun Kutlu
Dosent Dr.
IVF (In Vitro Fertilization) Şöbəsinin rəhbəri
Tayfun Kutlu
Dosent Dr.
IVF (In Vitro Fertilization) Şöbəsinin rəhbəri
Təhsil və Təcrübə
- Dosent: Konya Selçuk Universiteti, Tibb Fakültəsi (2017)
- Rezidentura: Zeynep Kamil Doğum və Uşaq Xəstəlikləri Tədris və Araşdırma Xəstəxanası,
- Tibbi təhsil: İstanbul Universiteti, İstanbul Tibb Fakültəsi (1985 – 1991)
- Orta təhsil: Lycée Français Saint-Joseph d’Istanbul (1977-1985)
İş təcrübəsi:
- IVF Şöbəsinin rəhbəri, Anadolu Medical Center (2020-…)
- Baş həkim: Zeynep Kamil Doğum və Uşaq Xəstəlikləri Tədris və Araşdırma Xəstəxanası, IVF Klinikası: (2014 – 2020)
- Mama-ginekoloq: Zeynep Kamil Doğum və Uşaq Xəstəlikləri Tədris və Araşdırma Xəstəxanası, IVF Klinikası: (2007-2014)
- Mama-ginekoloq: Zeynep Kamil Doğum və Uşaq Xəstəlikləri Tədris və Araşdırma Xəstəxanası, Mamalıq və Ginekologiya şöbəsi: (1998-2007)
- Mama-ginekoloq: Kartal Tədris və Araşdırma Xəstəxanası, Mamalıq və Ginekologiya şöbəsi (1997 – 1998)
- Rezident: Zeynep Kamil Doğum və Uşaq Xəstəlikləri Tədris və Araşdırma Xəstəxanası, Mamalıq və Ginekologiya şöbəsi (1992 – 1996)
- Rezident: İstanbul Universiteti, Cerrahpaşa Tibb Fakültəsi, Cərrahiyyə şöbəsi (1992)
- Ümumi həkim: Kartal Tədris və Araşdırma Xəstəxanası (1991 – 1992)
Tibbi İxtisaslar və Maraq Dairələri
- Köməkçi reproduktiv texnologiyalar
- Histeroskopiya
- Laparoskopiya
Tədqiqat və Nəşrlər
- 110 milli və beynəlxalq nəşr
